AMEA prezidenti, akademik Ramiz Mehdiyev bu qurumda islahatların həyata keçirilməsi istiqamətində iş aparır. Bununla əlaqədar akademiyanın müxtəlif sahələrində bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında islahatlarla bağlı bəzi şişirdilmiş məlumatlar yayılır.
Vitse-prezident əlavə edib ki, AMEA-da kütləvi ixtisarların aparılması nəzərdə tutulmur: "Harada paralel qurumlar, artıq, şişirdilmiş ştatlar varsa, onların aradan qaldırılması nəzərdə tutulur. Akademiyada ixtisarların olacağı barədə ajiotaj yaratmağa dəyməz. Sadəcə olaraq, AMEA-da təkmilləşdirmə işləri aparılacaq”.
www.anews.az