BAKI, 31 iyul. TELEQRAF
“Ermənistan və Azərbaycan arasında sülh olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik vilayətində (Qərbi Zəngəzur) sakinlərlə görüşündə deyib.
Sakinlərdən birinin sülh olub-olmayacağı ilə bağlı sualına prezident belə cavab verib: “Olacaq, olacaq, sülh olacaq, biz hazırda bunun üçün çalışırıq”.