AZ

"Embafinans"ın istiqrazlarına 1 investor maraq göstərdi, tələblərə cavab vermədiyindən listinqə alınmadı

23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "Embafinans" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, qeyd olunan AZ2015020608 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 31.07.2025-ci il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.18 və 3.19  bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.

Əlavə edək ki, Bakı Fond Birjasının yeni qaydalarına görə, kütləvi təkliflər 50 və daha çox investor arasında bölüşdürülməlidir. BOKT "Embafinans" QSC-nin istiqrazlarına isə cəmi 1 investor 1 sifariş təqdim edib. 

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "Embafinans" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2015020608

İstiqrazların növü və forması:  İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması:  Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı: 2000 (ədəd)

İlkin ticarət qiyməti:  1000 AZN

İstiqrazların buraxılış həcmi:  2 000 000 AZN

İllik gəlirlilik faizi: 13%

Hərrac qiyməti: 1000 AZN

İstiqrazların reallaşdırılmış həcmi: 2 000 000 AZN

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə): 2 000 000 AZN

İnvestor sayı:  1

Sifariş sayı: 1

Ödəmə Periodu:  İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 12 (on iki) ay müddətində hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti:  12 ay

Anderrayter:  “ABB-İnvest İnvestisiya Şirkəti” QSC

Seçilən
10
3
fed.az

4Mənbələr