AZ

Azərbaycan və İran arasında ikitərəfli məsələlər müzakirə olunub

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı müzakirə olunub.

Həmçinin regional və beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb.

Tərəflər bir çox beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin ortaq olduğunu qeyd ediblər.

Seçilən
18
18
operativmedia.az

10Mənbələr