AZ

Türkiyəli müğənni Azərbaycan konsertini ləğv etdi

Türkiyəli müğənni Azərbaycan konsertini ləğv etdiTürkiyəli müğənni Rıza Tamer sosial şəbəkədə etdiyi açıqlama ilə gündəmə gəlib.

Sonxeber.az xəbər verir ki, sevilən mahnıları və səhnə performansları ilə geniş azarkeş kütləsinə sahib olan ifaçı bu dəfə Azərbaycan konsertini ləğv etməsi ilə diqqət çəkib.

"Beyaz Pabuçlar", "Bu Kadın Hiç Ağlar Mı" və "Adam Olmaz" kimi hit mahnıları ilə tanınan, son zamanlar isə Zeynep Bastık ilə etdiyi duetlə adından söz etdirən Rıza Tamer, Azərbaycanda planlaşdırılan konsertinin baş tutmayacağını bildirib. Maraqlısı odur ki, bu qərarın arxasında həm iqtisadi, həm də simvolik bir səbəb dayanır.
Müğənni verdiyi açıqlamada bunları deyib:

"Məkanla bağlı heç bir problem yaşamadıq, bizimlə çox gözəl maraqlandılar. Amma Azərbaycanda Türk lirəsinin keçmədiyini öyrəndikdən sonra səhnəyə çıxmaqdan imtina etdim. Türk pulunun keçmədiyi heç bir ölkədə konsert verməyəcəyəm".

Bu açıqlama sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər müğənnini tənqid edərkən, digərləri onun qərarını maraqlı və prinsipial addım kimi qiymətləndirib.

Seçilən
15
sonxeber.az

1Mənbələr