AZ

İsmayıllıda 26 yaşlı kişi çayda batıb - FOTOLAR

İsmayıllı rayonunun Gideyli kəndi ərazisindən keçən Göyçay çayında batan 26 yaşlı Faiq Qurban oğlu Qurbanovun meyiti tapılıb.

"Cebheinfo.az"  xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun meyiti sudan çıxarılıb.

16:28

İsmayıllı rayonunun Gideyli kəndində gənc oğlan batıb.

Oxu.Az-a verilən məlumata görə, hadisə kənd ərazisindən keçən Göyçay çayında baş verib.

Batan şəxsin Qalagah kənd sakini 1999-cu il təvəllüdlü Faiq Qurban oğlu Qurbanov olduğu bildirilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən fakt təsdiqlənib.

"112" qaynar telefon xəttinə Göyçay çayının İsmayıllı rayonu, Gideyli kəndindən keçən hissəsində bir nəfərin batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir.

"Cebheinfo.az" 

Seçilən
47
cebheinfo.az

1Mənbələr