AZ

İsveçrəyə qeyri-neft məhsullarının ixracı 3 dəfəyə yaxın artıb

BAKI, 31 iyul. TELEQRAF

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ən böyük pay Rusiya Federasiyasına məxsus olub.

Teleqraf xəbər verir ki, hesabat dövründə Rusiyaya 586 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə (541,7 milyon dollar) 8 faizdən çox artım deməkdir.

Qeyri-neft ixracında ikinci yerdə Türkiyə qərarlaşıb. Cari ilin ilk yarısında bu ölkəyə ixrac 287,2 milyon dollar təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə Türkiyəyə 306,9 milyon dollar dəyərində məhsul ixrac olunmuşdu. Nəticədə ixracda təxminən 7 faizlik azalma qeydə alınıb.

İlin ilk altı ayında digər əsas ixrac bazarlarından Gürcüstana 154,8 milyon dollar, İsveçrəyə 151,5 milyon dollar, Ukraynaya isə 95,8 milyon dollar dəyərində qeyri-neft məhsulları göndərilib. Müvafiq olaraq, ötən ilin analoji dövrü ilə müqayisədə İsveçrəyə ixrac 3 dəfəyə, Gürcüstan və Ukraynaya ixrac isə 2 dəfəyə yaxın artıb. 2024-cü ilin ilk yarısında Gürcüstana 113,7 milyon dollar, İsveçrəyə 61,7 milyon dollar, Ukraynaya isə 50,7 milyon dollar dəyərində məhsul ixrac olunmuşdu.

Seçilən
19
teleqraf.com

1Mənbələr