AZ

Ukrayna İNKAR ETDİ: Ruslar bu şəhəri tutmayıblar 

Rusiya qoşunları Ukraynanın Çasov Yar şəhərini tutmayıb.

KONKRET.az bildirir ki, bu barədə “Deep State” hərbi Telegram kanalı məlumat yayıb.

Analitiklər qeyd edirlər ki, Rusiya Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələri yalnız Ukrayna Silahlı Qüvvələrinin arxa hissəsinə daxil olub və öz bayraqlarını Şevçenko və Tsex 2 saylı mikrorayonlarında quraşdırıblar, lakin şəhərə nəzarət etmirlər.

Bundan əlavə, son iki ay ərzində rus qoşunları Çasov Yarın şimal-şərqindən və şərqindən yalnız bir qədər irəliləyə bilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
5
konkret.az

1Mənbələr