AZ

TƏCİLİ! PAŞİNYAN öldürülə bilər - Əgər bu baş verərsə...

Bu günlərdə Avropa Komissiyasının saytında Ermənistanın baş nazirinin ünvanına sərt tənqidlərin yer aldığı məktub dərc edilib. Lakin qısa müddətdən sonra sənəd sürətlə saytdan çıxarılsa da, məzmunu diplomatik kanallarla yayılıb. Bu məktuba əsasən, Avropa Komissiyası mahiyyətcə etiraf edir ki, artıq Paşinyanla işləmək mümkün deyil. İddialara görə, Aİ artıq alternativlər axtarır. Alternativlər isə əsasən qərbönümlü mötədil müxalifət arasından axtarılır. Və birbaşa bəyanatlar olmasa da, Avropa rəsmiləri Ermənistanın hazırkı baş nazirinin zəhərli tərəfdaşa çevrildiyinə açıq şəkildə işarələr verirlər.


Əgər Ermənistanda Paşinyan hakimiyyətdən devrilərsə, regionda proseslər necə cərəyan edəcək? Ümumiyyətlə Ermənistana necə bir iqtidar rəhbərlik etməlidir ki, həm Azərbaycanla münasibətlər qaydasına düşsün həm də regionda vəziyyət tamamilə müsbət istiqamət alsın?




Mövzu ilə bağlı politoloq Züriyə Qarayevə Referans-a açıqlamasında bildirib ki, Avropa Komissiyasının son günlərdə yaydığı, lakin dərhal saytından çıxardığı sənəd Ermənistanın baş naziri Nikol Paşinyan ətrafında ciddi geosiyasi narahatlıqların artdığını göstərir. Sənədin məzmununa baxıldıqda, Avropa İttifaqının Paşinyanla əməkdaşlığı davam etdirməyin qeyri-mümkün olduğunu qəbul etdiyi və artıq yeni siyasi fiqurlar üzərində düşünməyə başladığı görünür. Bu vəziyyət Ermənistanın daxili siyasi mənzərəsində mühüm dəyişikliklərin başlanğıcı ola bilər. Xüsusilə qərb yönlü, lakin daha çevik və konsensus axtaran mötədil müxalifət qüvvələrinin önə çıxarılması ehtimalı Avropa dairələrinin maraq dairəsindədir.


Politoloq bildirib ki, Paşinyan devrilərsə, regionda siyasi balans yenidən tənzimlənə bilər. Bu isə həm Azərbaycanla münasibətlərin gələcəyi, həm də regional sabitlik baxımından önəmlidir. Yeni hakimiyyətin xüsusilə sülh gündəliyinə sadiq qalması, revanşist ritorikadan uzaq durması və real təhlükəsizlik maraqlarını nəzərə alan siyasət yürütməsi vacib olacaq. Ermənistanın gələcək lideri dialoq mədəniyyətinə malik, sərhəd məsələlərində beynəlxalq hüquqa əsaslanan yanaşmanı dəstəkləyən, eyni zamanda bölgədə əməkdaşlıq mühitini təşviq edən bir siyasi xəttə üstünlük verməlidir.


Müsahibimiz onu da qeyd edib ki, Azərbaycanla münasibətlərin normallaşması yalnız hərbi-siyasi aspektdə deyil, həm də iqtisadi, kommunikasiya və humanitar sahələrdə mümkün olacaqsa, regionda uzunmüddətli sabitlik üçün real zəmin formalaşa bilər. Bu isə yalnız qarşılıqlı etimada əsaslanan, Avropa İttifaqı, Rusiya və Türkiyə kimi əsas oyunçuların neytral vasitəçilik səyləri ilə dəstəklənən yeni bir yanaşma tələb edir.


"Ermənistanın bu istiqamətdə atacağı addımlar təkcə ölkə daxilində deyil, bütövlükdə Cənubi Qafqazın gələcək arxitekturasına təsir göstərəcək",-deyə politoloq qeyd edib.


Məmmədov Hüseyn

Referans.az  

Seçilən
7
referans.az

1Mənbələr