AZ

Dövlət Xidməti 2 milyonluq su sayğaclarını bu şirkətdən aldı

"İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti" PHŞ su sayğaclarının alınması ilə bağlı tenderin nəticələrini açıqlayıb.

Nazirlik bağça və məktəblərin təmirinə 12 milyona yaxın pul xərcləyəcək - TENDER

FED.az xəbər verir ki, tenderi qalibi “Gəncə Cihazqayırma Zavodu” ASC (VÖEN: 2301024501) olub. Müqavilə çərçivəsində həm ön ödənişli, həm də mexaniki su sayğaclarının təmin edilməsi nəzərdə tutulur.

Ümumilikdə qalib şirkətlə 2 102 452 manat dəyərində müqavilə imzalanıb.

 

Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, “Gəncə Cihazqayırma Zavodu” ASC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 211 956 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ayət Bağırov Cəlal oğludur. Hüquqi ünvanı AZ2023, Gəncə şəhəri, Vəli Xuluflu, ev 1 ünvanında yerləşir.

Seçilən
6
fed.az

1Mənbələr