AZ

Elm sübut etdi: Bu aylarda doğulan kişilər depressiyaya daha meyllidir

Kanadadakı Kvantlen Politexnik Universitetində aparılan yeni araşdırma göstərib ki, yay aylarında doğulan kişilər depressiyaya daha çox meyillidirlər.

Sherg.az xəbər verir ki, araşdırmada 106-sı kişi olmaqla 303 nəfər iştirak edib. Nəticələrə görə, doğum ayı ilə depressiya arasında əlaqə var: xüsusilə yayda doğulan kişilər arasında depressiya əlamətləri daha çox müşahidə olunub.

Yazda doğulanlarda 58, payızda 68, qışda 67 nəfər depressiya əlaməti göstərsə də, yayda bu göstərici 78 nəfərə çatıb.
Tədqiqatçılar doğum zamanı gün işığı, temperatur və ananın sağlamlıq durumu kimi amillərin insan psixikasına uzunmüddətli təsir göstərə biləcəyini bildirirlər.
Bununla belə, araşdırmanın əsasən gənc tələbələr üzərində aparılması nəticələrin əhatəli tətbiqinə məhdudiyyət yaradır.


Seçilən
34
sherg.az

1Mənbələr