AZ

Gürcüstanın Baş naziri türkiyəli nazirlə regional sülhü müzakirə etdi

TBİLİSİ, 31 iyul. TELEQRAF

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.

İkitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində birgə iqtisadi komissiyanın rolu qeyd olunub.

Söhbət zamanı qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verən regional və strateji infrastruktur layihələrin də müzakirəsi aparılıb.

Görüşdə, həmçinin regionda gedən proseslər və Cənubi Qafqazda sülhün bərqərar olmasının xüsusi əhəmiyyəti müzakirə olunub. İ.Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və bununla da bölgədə davamlı sülh və sabitliyi təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Seçilən
25
teleqraf.com

1Mənbələr