AZ

Aİ nümayəndəsi: Ukrayna ittifaqa üzvlük yolunda islahatları davam etdirməlidir

Avropa İttifaqı (Aİ) Ukrayna Ali Radasının bu gün qəbul etdiyi korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyinin bərpası haqqında qanunun yekun versiyasını əldə etməlidir. Ölkə yalnız qanunun aliliyinin təməli üzərində Aİ-yə üzv dövlət kimi öz gələcəyini qura bilər.

“Report”un Avropa bürosunun məlumatına görə, bunu Aİ-nin genişlənmə, beynəlxalq tərəfdaşlıq və Aralıq dənizi məsələləri üzrə rəsmi nümayəndəsi Giyom Mersye bildirib.

Ukraynanın maliyyələşdirilməsinin dondurulması ehtimalı ilə bağlı suala cavab verən Aİ nümayəndəsi qeyd edib ki, belə planlar olmayıb:

"Lakin Ukrayna məhkəmə-hüquq mühafizə sistemində islahatların yaxşı tempini davam etdirməli, həmçinin inzibati məhkəmə haqqında qanun qəbul etməlidir. Qanunun aliliyinin müxtəlif sahələrində bütün bu istiqamətlər üzrə irəliləyiş bizim üçün həqiqətən vacib addımdır və Ukrayna bunu gücləndirməlidir".

Seçilən
39
3
report.az

4Mənbələr