AZ

"Qalatasaray" sağ cinah müdafiəçisi transfer etmək istəyir

Sarı-qırmızılıların "Lion"da çıxış edən ingilis sağ cinah müdafiəçisi Eynsli Meytlend-Naylzla maraqlandığı iddia edilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 28 yaşlı futbolçu ilə Premyer Liqa təmsilçisi "Everton"un da maraqlandığı bildirilib.

Son mövsümdə "Lion"da 44 matça çıxan ingilis futbolçu 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Cari bazar dəyəri 12 milyon avro olaraq göstərilən Maitland-Niles-in Lyon ilə 2027-ci ilə qədər müqaviləsi var.

Fərid

MİA.AZ

Seçilən
36
1
mia.az

2Mənbələr