“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 5 ümumtəhsil məktəbində 01.05.2025-ci il tarixində başlanilmış “Yeniyetmələrə yol hərəkətinin təhlukəsizliyi, piyada mədəniyyətinin aşılanması ” layihəsinin icrasını 31.07.2025-ci il tarixində bitirmişdir.
QHT.az xəbər verir ki, “Oriqami” təşkilatı bildirir ki, 01.05.2025-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin icazəsi ilə (№ 3-29-59/2-1815/2025 tarix 23.04.2025-ci il ) Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 4 təhsil ocağındaicra olunan “Yeniyetmələrə yol hərəkətinin təhlukəsizliyi, piyada mədəniyyətinin aşılanması “ layihəsini 31 iyul 2025-ci il tarixində bitirib.
“Oriqami “ təşkilatı “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin icra müddətində Fəaliyyət Planı əsasında, interaktiv üsulla, Maştağa qəsəbəsi C. Nurməmmədov adına 108 № li ,C.Cabbarlı adına 187 № li, 255 № li, və K.Məmmədov adına 209 № li tam orta məktəblərdə 120 nəfər yeniyetmə arasında Anket -Sorğusunu təşkil etmuşdur.
Həmin təhsil ocaqlarınin pedaqoji kollektivlərin üzvlərinin iştirakı ilə layihənin təqdimatları keçirilmiş “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından əhəmiyyəti qeyd olunmuşdur
“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin icrası zamanı, praktik olaraq, piyada mədəniyyətinin aşılanması prosesində şagirdlərin aldıqları yeni məlumatlar, yol hərəkətinin təhlükəsizlik qaydalarına dair nəzəri biliklər, yoldan, piyada zolaqlarından düzgün istifadə davranışı, yolu keçərkən təhlükəsiz davranış qaydalarının nümayişi məqsədi ilə “ Oriqami” uşaq birliyi layihə çərçivəsində “ 4 yol ayrıcı“ dekorasiyasını qurmuş, burada 4 işıqfor yerləşdirilmiş, piyadalar üçün 4 keçid zolağı salınmışdir. 4 tərəfdən yol ayrıcını “səkilər” əhatə edərək və yolun hüdudlarını göstərirdilər. “ 4 yol ayrıcı“- na xüsusi aşırma geyimlərdən istifadə edən uşaqların cəlb olunması, prosesi daha da canlandırır və maraqlı oyun əsnasında iştirakçılara yol hərəkətinin təhlükəsizlik qaydalarını nümayiş etditrməyə imkan yaradırdı. 30 nəfər məktəblinin hər biri, prosesə cəlb olunmuşdular. Onlar, həm piyada rolunda, həm də xüsusi geyimləri ilə - üzərində çəkilmiş gösrtəricilərlə - ”yol patrul xidmətinin əməkdaşı”, ”tramvay”, “tpoleybüs”, “avtobus”, ”minik maşını”, ”yanğından mühafizə avtomobilı”, ”taksi”, “yük maşını”, ”təcili yardım” biri birindən fərqlənsələr də, ümumi yol hərəkəti prosesinin,piyada mədəniyyətinin formalaşmasında, fəal iştirakçılarına çevrilirdilər.
KİV-də qht.az .,azadmedia, cebheinfo, media qurumları layihəsinin icrası ilə əlaqədar olaraq 10 tədbir barədə ətraflı məlumat və foto görüntülər əks etdirmişlər. Məktəblərin saytlarında da, həmçinin, “Oriqami” QHT-nin icra etdiyi layihə barədə və təşkil olunmuş tədbirlər haqqında məlumatlar və fotolar yerləşdirilmişdir.
“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanma" layihəsinin icrasının başa çatması ilə əlaqədar olaraq göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin Sabunçu rayonunda yerləşən 5 təhsil ocağında icra olunmasına icazə verdiyinə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təşəkkürünü bildirir.
“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması“ layihəsinin icrası üçün yaradılmış normal şəraitə görə təhsil müəssisələrinin rəhbərlərinə bir daha təşəkkür edirik .