AZ

Ukrayna Ali Radasında deputatlar arasında DAVA – ANBAAN VİDEO

Ukrayna Ali Radasında deputatlar arasında dava düşüb.

Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, insident deputatlar Vladlen Neklyudov və Gennadiy Kasay arasında yaşanıb.

Dava bir çox deputatın parlamentin sədri Ruslan Stefançuka rəsmi yayımın başladılması ilə bağlı tələbləri fonunda baş verib.

Daha sonra tribunadan çıxış edən deputat Dmıtro Razumkov sərt ifadələr işlədib. O, Milli Antikorrupsiya Bürosunun (NABU) səlahiyyətlərinin azaldılması ilə bağlı qalmaqallı qanunun lehinə səs verən deputatlardan kimdən göstəriş aldıqlarını açıqlamağı tələb edib.
 

Bundan əlavə, Yuliya Timoşenko da tribunadan çıxış edərək, bu gün parlamentdə müzakirə edilən NABU və Xüsusi Antikorrupsiya Prokurorluğuna (SAP) səlahiyyətlərin qaytarılması məsələsini tənqid edib. O bildirib ki, fraksiyası yalnız onların hazırladığı qanun layihəsinə səs verəcək və prezidentin təklif etdiyi layihəni dəstəkləməyəcək.


Qeyd edək ki, sözügedən qanun layihəsinin irəli sürülməsindən sonra Ukraynada etiraz aksiyaları da keçirilib. Üstəlik, bir sıra Qərb media resursları NABU və SAP haqqında qanunlara dəyişiklik edilməsi ilə bağlı təşəbbüsə görə Zelenskini “anti-demokrat” addımlar atmaqda ittiham edib.

Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr