AZ

BDU rektoru abituriyentlərlə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetində (BDU) “Açıq qapı” günləri çərçivəsində rektor Elçin Babayevin abituriyentlərlə görüşü keçirilib.

Bu barədə hafta.az-a universitetdən məlumat verilib.

Rektor bu il sentyabrın 1-də BDU-nun 106 yaşını qeyd edəcəyini bildirib. “BDU hər zaman uğurlu məzunları ilə fəxr edib. Universitetimizin ən böyük məzunu xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir. BDU məzunları sırasında dövlət və hökumət nümayəndələri, deputatlar var. İndiyədək BDU ölkəmiz üçün 200 mindən artıq yüksəkixtisaslı mütəxəssis yetişdirib. Bu gün Bakı Dövlət Universiteti beynəlxalq reytinq göstəriciləri ilə təkcə ölkəmizdə deyil, Cənubi Qafqazda birincidir. Bununla bərabər, BDU Azərbaycanda ali təhsil müəssisələrinin flaqmanı kimi bir çox universitetin bazası rolunu oynayıb”, - deyə rektor Elçin Babayev vurğulayıb.

1919-cu ildə iki fakültə - Tarix-filologiya və Tibb fakültələri ilə fəaliyyətə başlayan universitetin böyük bir inkişaf yolu qət etdiyini bildirən Elçin Babayev diqqətə çatdırıb ki, hazırda BDU-da 8-i humanitar, 8-i təbiətyönümlü olmaqla 16 fakültə fəaliyyət göstərir. Universitetdə müasir dövrün və əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar yaradılır, elmi tədqiqatlar aparılır.

Rektor abituriyentlərə uğurlar arzulayıb, onları böyük BDU ailəsinin üzvü olmağa çağırıb.

Sonda rektor Elçin Babayev abituriyentlərin və valideynlərin suallarını cavablandırıb.

Seçilən
28
1
hafta.az

2Mənbələr