AZ

Rəsmən bəyan edildi: Zəngəzur dəhlizi təhvil verilir

BAKI, 31 iyul. TELEQRAF

Ermənistan hökuməti başqa adlar altında Zəngəzur dəhlizinin açılmasına hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, Baş nazir Nikol Paşinyanın sözçüsü Nazeli Baqdasaryanın bugünkü açıqlaması dəhlizin açılacağı ilə bağlı heç bir şübhə yeri qoymayıb:

“Bundan əvvəl autsorsinqdən söhbət gedirdisə, indi bu, dövriyyəyə buraxılır: icarə, lizinq, tikinti hüquqları... Və onun dediyi kimi, başqa məna ifadə edə biləcək digər nüanslar. Baqdasaryanın sözlərindən belə çıxır ki, (Qərbi Zəngəzurdan keçəcək) dəmir yolu, boru kəməri və elektrik xətlərinin idarəçiliyi kənar bir şirkətə verilə bilər”. Başqa sözlər, artıq aydındır ki, Zəngəzur dəhlizinə minlərlə ad qoya bilərlər, amma fakt birdir: təhvil verilir”.

Mənbənin fikrincə, Paşinyanın sözçüsünün açıqlaması dəhlizin təhvil veriləcəyinin rəsmi anonsudur.

N.Baqdasaryan bundan əvvəl dəhlizə nəzarətin xarici şirkətə verilməsi ilə bağlı KİV-lərdə yayılan iddianı şərh edərkən söyləmişdi ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç vaxt və heç kimə verilə bilməz, amma avtomobil və dəmir yollarının, eləcə də digər infrastrukturun istismar və idarəçiliyi özəl şirkətlərə həvalə oluna bilər: “Bu, uzun illərdir tətbiq edilən normal bir praktikadır.

Xatırladaq ki, daha öncə ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrak bəyan etmişdi ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Diplomat vurğulamışdı ki, ABŞ tərəfindən Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.

Seçilən
18
13
teleqraf.com

10Mənbələr