AZ

Prezidentliyə namizəd olmayacağam, qalib gəlməsək...

CHP sədri Özgür Özəl qarşıdan gələn seçkilərdə namizəd olmayacağını, iqtidara gələ bilməsələr, ertəsi gün partiyanı qurultaya aparacağını bildirib.

Publika.az xəbər verir ki, Özgür Özəl qatıldığı proqramlardan birində namizədliyi ilə bağlı sualları cavablandırıb.

O qeyd edib ki, Əkrəm İmamoğlunun namizədliyində sona qədər israr edəcəklər, lakin özü namizəd olmayacaq:

"Bu seçkidə kim qalib gəlsə, namizəd olacaq. Əgər seçkidən bir gün sonra hakimiyyət dəyişibsə və prezident Ərdoğanın yerinə birini seçmişiksə, mən partiyanın lideriyəm və onun ən böyük tarixi uğurun sahibiyəm. Mən Atatürkün partiyasını 100 ildən sonra yenidən hakimiyyətə gətirmişəm. Bundan böyük nailiyyət yoxdur. Əgər seçkilərdə qalib gəlməsək, partiyanı o gün qurultaya aparacağam. Bir gün də dayanmayacağam”.

Seçilən
10
publika.az

1Mənbələr