Rusiyanın Balaşixa şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında 400 kv. m sahədə yanğın baş verib, nəticədə bir nəfər həlak olub.
Bakues.az TASS-a istinadən xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Çoxmənzilli yaşayış binasının dam örtüyü təxminən 400 kvadratmetr sahədə alovlanıb.
“Hazırda bir nəfərin həlak olması barədə məlumat var”, – məlumatında qeyd olunub.