AZ

“Guya Azərbaycanın pomidorunu qəbul etməməklə bizi cəzalandırmaq istəyirlər”

“Şahin Şıxlinskiyə qarşı rəsmi axtarış yoxdur, yayılan informasiyalar kampaniya xarakteri daşıyır”.

Bunu “Yeni Sabah”a Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı deyib.

O, “Azərbaycan-Ural” diaspor təşkilatının sədri Şahin Şıxlinski barədə iddialara münasibət bildirib. “Şıxlinski Azərbaycana qaçıb” bu iddialardan biridir. Sezar pizza

“Diaspor rəhbəri Azərbaycanda deyil və Moskvada olduğu ehtimal edilir. Onun barəsində hər hansı bir rəsmi axtarış qərarı və ya hüquqi bildiriş də mövcud deyil

Şahin Şıxlinskinin axtarışa verilməsi ilə bağlı nə Rusiya, nə də beynəlxalq qurumlardan rəsmi məlumat daxil olmayıb. Mövcud informasiyalar yalnız şəxsi iddialara və qərəzli yanaşmalara əsaslanır”.

Elçin Şıxlı xüsusilə Sverdlovsk vilayəti azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin rəhbəri Vidadi Mustafayevin son açıqlamasına da münasibət bildirərək, onun uzun illərr Şıxlinskiyə qarşı qarayaxma kampaniyası apardığını qeyd edib:

“Vidadi Mustafayev son müsahibələrinin birində deyir ki, guya Şıxlinski soyadlı uydurmadır, əsl soyad əmmədovdur. Bu cür ittihamlar şəxsi münasibətlər zəminində səslənən və heç bir hüquqi əsası olmayan ifadələrdir. Onların arası uzun illərdir yoxdur və bu, indi də açıq görünür”.

Elçin Şıxlı bəzi dairələrin alternativ fiqurlar üzərindən süni gündəm yaratmaq niyyətində olduğunu, bunun isə müəyyən siyasi maraqlara xidmət etdiyini düşünür:

“Əgər kimsə Şıxlinskiyə alternativ yaratmaq istəyirsə, unutmamalıdır ki, bəzi şəxslər konkret şəkildə Rusiya dövlətinin maraqları çərçivəsində hərəkət edirlər və onların diktəsi ilə danışırlar. Bu da açıq şəkildə görünür”.

AJB sədri Şıxlinskiyə qarşı hər hansı kriminal ittihamın olmadığını, əksinə, bu məsələnin arxasında daha böyük oyunların dayandığını bildirib:

“Ortada hər hansı kriminal durum yoxdur və bunu iddia edənlər özləri yaxşı bilirlər. Əslində, bütün bu proseslərin arxasında müəyyən sxemlər var və bu sxemin içində həmin şəxslərin özləri də yer alır. Guya Azərbaycanın pomidorunu qəbul etməməklə bizi cəzalandırmaq istəyirlər. Bu yanaşma nə qədər primitiv olsa da, belə düşünənlər var”.

Elçin Şıxlı qeyd edib ki, Ural bölgəsindəki Azərbaycan diasporu uzun illər nüfuzlu və müstəqil mövqe sərgiləyib, fərdi maraqlarla idarə olunmayıb. Onun sözlərinə görə, hazırda bəzi şəxsləri orada saxlayaraq “ağıllandırmaq” iddiası da gerçək siyasi manipulyasiyadan başqa bir şey deyil.

Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində federal axtarış elan edilməsi ilə bağlı məlumatlar var. Lakin həmin məlumatda onun Cinayət Məcəlləsinin konkret hansı maddəsi ilə ittiham olunduğu göstərilməyib.

“Kommersant-Ural” mənbəsinin sözlərinə görə, diaspor rəhbəri Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmək) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilə bilər.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr