Ekvadorda keçirilən ralli yarışında baş vermiş qəza nəticəsində azı iki nəfər ölüb, 18 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralananlar arasında uşaq da var.
Moderator.az bu barədə gazeta.ru-ya istinadla xəbər verir.
Bildirilir ki, yarışın finişinə təxminən 300 metr qalmış pilot idarəetməni itirərək yüksək sürətlə trayektoriyadan çıxıb və yolun kənarında dayanan tamaşaçılara çırpılıb.
Yaralıların əksəriyyətinə ilkin tibbi yardım göstərilib, bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Pilot və şturman yüngül xəsarət alıb.
Hadisə ilə bağlı istintaq başladılıb.
//baku.tv/dunyaa/ekvadorda-yaris-zamani-avtomobil-yoldan-cixaraq-tam-suretle-tamasacilara-cirpilib#t=1