AZ

Azərbaycanın çiyələk ixracından gəlirləri məlum olub

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan 27 milyon ABŞdolları dəyərində çiyələk ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın iyul sayınaistinadən xəbər verir.

Məlumata görə, çiyələk ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 4,5 milyon ABŞ dolları və ya 20% artıb.

Belə ki, ötən ilin birinci yarısında Azərbaycandan 22,5 milyonABŞ dolları dəyərində çiyələk ixrac edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 9.9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Seçilən
15
3
az.trend.az

5Mənbələr