BAKI, TurkicWorld
Səudiyyə Ərəbistanı Kanada və Maltanın Fələstin dövlətini rəsmi şəkildə tanıyacağına dair açıqlamalarını alqışlayıb və bu addımı iki dövlətli həllin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hesab edib.
TurkicWorld xəbər verir ki, bu barədə Nazirlik tərəfindən yayılan açıqlamada qeyd olunub.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Kanada Baş naziri Mark Karni və Malta Baş naziri Robert Abelanın sentyabr ayında Fələstin dövlətini tanıyacaqlarına dair verdiyi bəyanatları müsbət qarşılayıb.
Bu qərarlar iki dövlətli həll yolunun gücləndirilməsinə mühüm töhfə verir və beynəlxalq ictimaiyyətin Fələstin xalqının yaşadığı əzabların sona çatdırılmasına dair ortaq mövqeyini nümayiş etdirir.
Bəyanatda, həmçinin digər ölkələr də Fələstin məsələsində ədalətli və davamlı sülhü dəstəkləyən bu cür konstruktiv addımlar atmağa çağırılıb.