AZ

İran prezidentindən xəbərdarlıq: "Tehranda su sarıdan ciddi problemlərlə üzləşəcəyik”

İran prezidenti Məsud Pezeşkian ölkənin su ehtiyatlarının sürətlə azalması barədə həyəcan təbili çalıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Zəncan vilayətində Əyalət Planlaşdırma Şurasının iclasında çıxış edərək, İranın getdikcə quraqlığa doğru yol aldığını bildirib.

Pezeşkian bildirib ki, hazırda ölkənin qarşısındakı ən böyük problem budur: "Su böhranı bu gün cəmiyyətin üzləşdiyi ciddi problemlərdən biridir. Bütün məlumatlar göstərir ki, su ehtiyatlarımız azalır və bu tendensiya getdikcə daha sürətli hal alır. Bir sözlə, ölkə olaraq, biz quraqlığa doğru gedirik. Əgər israfın qarşısını almasaq, bir sözlə, idarə olunan su istehlakı qaydasına keçməsək, bir çox şəhərləri su qıtlığı qaçılmaz olacaq. Bu hal Tehrandan da yan deyil. Su istehlakına nəzarət güclənməsə, sentyabr və oktyabr aylarında su anbarları və göllərdə su qalmayacaq. Nəticədə Tehranda su sarıdan ciddi problemlərlə üzləşəcəyik”

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
13
mia.az

1Mənbələr