“Meta”nın sahibi Mark Zukerberqin həyatını əks etdirən 2010-cu il istehsalı “Sosial şəbəkə” filminin davamı gəlir.
Sherg.az xəbər verir ki, Sony Pictures tərəfindən hazırlanan və Aaron Sorkinin yazıb rejissoru olacağı “The Social Network Part II” üçün hazırlıqlar davam edir. Baş rollar üçün Mikey Madison və Jeremy Allen White ilə ilkin danışıqlar aparılıb.
Hələ rəsmi təklif verilməsə də, hər iki aktyor layihəyə müsbət yanaşır. Filmdə “Facebook”un qaranlıq tərəflərindən danışılacaq.
İlk filmdə Mark Zukerberqi aktyor Jesse Eisenberq canlandırmışdı, lakin yeni filmdə bu rolu kimin oynayacağı hələ açıqlanmayıb.
Qeyd edək ki, “Sosial şəbəkə” 8 nominasiyada Oskara namizəd göstərilmiş, 3 Oskar mükafatı qazanmış və dünya üzrə 224 milyon dollar gəlir əldə etmişdi.