AZ

Sahibinin məzarını tərk etməyən sadiq it

Türkiyənin Yüksekova rayonunda 27 yaşlı Muğdat Esenerin vəfatından sonra onun iti günlərdir məzarını tərk etmir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Esener Vanda infarkt keçirərək həyatını itirib və doğma yurdu Yüksekovada dəfn olunub.

Ən çox diqqət çəkən isə onun illər əvvəl sahibləndiyi itin sədaqətidir. Kənd sakini Nadir İşıqsal bildirib ki, iti hara aparsalar da, yenidən məzarın başına qayıdır: “Öldükdən sonra iti bir dəfə də olsun məzarını tərk etməyib. Təxminən 10 gündür ki, orda keşik çəkir”.

Seçilən
7
publika.az

1Mənbələr