AZ

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan
İyulun 31-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib. Agentlikdən 1news.az-a bildirilib ki, görüşdə Fuad Nağıyev Azərbaycanın turizm potensialı və mövcud turizm destinasiyaları, turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barəsində məlumat verib.
Tərəflər ikitərəfli münasibətlərin gücləndirilməsində turizmin əhəmiyyətini vurğulayıblar. Eləcə də turizm sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı Krallığının turizm naziri və BMT Turizm Təşkilatının Baş katibi adından Dövlət Turizm Agentliyinin sədrini 2025-ci ilin noyabrın 7-11-də Ər-Riyad şəhərində keçiriləcək BMT Turizm Təşkilatının Baş Assambleyasının 26-cı sessiyasında iştiraka dəvət edib.

Seçilən
33
8
1news.az

10Mənbələr