AZ

Ən böyük alıcılardan biri Rusiya neftindən imtina edib

Ən

ABŞ prezidenti Donald Trampın 100 faizlik rüsum tətbiqi hədəsindən sonra Hindistanın ən böyük dövlət neft emalı zavodları Rusiya neftinin alışını dayandırıblar.

Reyting.az
xəbər verir ki, bunu “Reuters” sənaye mənbələrinə istinadla yazıb.

Qeyd olunur ki, Hindistan neft emalı zavodları keçən həftə Rusiya neftini almağı dayandırıblar.

Neft alışını dayandıran şirkətlər sırasına “Indian Oil Corp”, “Hindustan Petroleum Corp”, “Bharat Petroleum Corp” və “Mangalore Refinery Petrochemical Ltd” daxildir. Bu şirkətlər Hindistanın emal gücünün 60 faizinə nəzarət edir.

Onu da qeyd edək ki, Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır. Son illər ölkə dəniz yolu ilə nəql edilən Rusiya neftinin ən böyük alıcılarından birinə çevrilib. ABŞ prezidenti Donald Tramp bəyanatlarında Moskvanın ticarət tərəfdaşlarını sərt rüsumlarla hədələyərək Rusiya və Hindistanın iqtisadi maraqlarını nəzərə almaq niyyətində olmadığını vurğulayıb. Bu bəyanatlar Hindistan neft emalı zavodlarının satınalma siyasətini dəyişmək məcburiyyətində qoyub.

V. QULİYEV
Seçilən
17
reyting.az

1Mənbələr