"İmişli" yeni transfer gerçəkləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti əlumat yayıb.
Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq bölgə təmsilçisi serbiyalı oyunçu Nikola Karaklayiçi sıralarına cəlb edib. Onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, N.Karaklayiçin son klubu "Novi Pazar" olub.