
Britaniyanın “AutoCar” nəşrinin ekspertləri ailə alıcılarının ehtiyaclarını ən yaxşı şəkildə ödəyən müxtəlif siniflərdən on avtomobil seçiblər.
Yeniavaz.com xəbər verir ki, siyahıya görə, “BMW 3 Series Touring” ən yaxşı ailə avtomobilləri arasında ilk yeri tutub. Bu model idarəetmə üçün rahatlığı ilə üstünlük təşkil edib.
Siyahının ikincisi isə “Dacia Jogger” kompakt furqon olub. Modelin əsas üstünlüklərinə optimal qiymət-keyfiyyət nisbəti daxildir. İlk üçlüyü isə “Volkswagen Golf” tamamlayıb. Bu model kompakt ölçülərinə baxmayaraq, geniş interyerə malikdir.