Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ üç tenderə yekun vurub.
Dövlət Fondu ofis icarəyə götürəcək - 1,3 MİLYONLUQ TENDER ELANI
FED.az xəbər verir ki, sözügedən tenderlər əsasən kənd layihələrində əlavə və dəyişikliklərin edilməsinə yönəlib.
İlk olaraq, Ağdam rayonunun Salahlı Kəngərli kəndinin layihəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə keçirilmiş tenderin qalibi “EL&EN” firması (VÖEN: 1700162381) olub. Bu işlər üçün ayrılan məbləğ 266 857 AZN təşkil edir.
Eyni şirkət Ağdam rayonunun Güllücə kəndinin layihəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə keçirilmiş digər tenderin də qalibi olub. Bu layihənin dəyəri isə 375 594 AZN-dir.
Qeyd edək ki, “EL&EN” firması 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 0 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elbay Qasımzadə Ənvər oğludur. Hüquqi ünvanı AZ1001, Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 3, mənzil 1/3 ünvanında yerləşir.
Üçüncü tender Füzuli rayonu ərazisində yerləşən Dövlətyarlı kəndinin layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlıdır. Bu satınalmanın qalibi “Kon-Lay Project” MMC (VÖEN: 1301807111) olub. Qalib şirkətlə 358 838 AZN dəyərində müqavilə bağlanıb.
Qeyd edək ki, “Kon-Lay Project” MMC 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Həsənov Əzimxan oğludur. Hüquqi ünvanı AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78, mənzil 20 ünvanında yerləşir.