AZ

İsveç Moskvaya yeni səfir təyin edib

İsveç Xarici İşlər Nazirliyi Rusiyaya yeni səfirin təyin olunduğunu açıqlayıb.

Doğru.az xəbər verir ki, krallığın Minskdəki keçmiş səfiri Kristina Yohannesson İsveçin Moskvadakı yeni səfiri olacaq. Bu barədə RİA Novosti məlumat yayıb.

Kristina Yohannesson daha əvvəl Sankt-Peterburqdakı baş konsulluqda, Moskvadakı səfirlikdə və Avropa İttifaqının Brüsseldəki nümayəndəliyində fəaliyyət göstərib.

Qeyd edək ki, Rusiyanın Stokholmdakı səfiri Sergey Belyaev bir müddət əvvəl İsveçin Rusiya ilə ikitərəfli əlaqələri dondurduğunu bildirmişdi.

DOĞRU.AZ

Seçilən
52
dogru.az

1Mənbələr