"Bolonya"nın yarımmüdafiəçisi Dan Ndoy İngiltərənin "Nottingem Forest" klubuna transfer olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə İngilis klubunun mətbuat xidməti rəsmi məlumat yayıb.
24 yaşlı futbolçu "Nottingem Forest" ilə 5 illik müqavilə imzalayıb. Transferin ümumi dəyəri 42 milyon avro olub, bonuslar nəzərə alınmayıb.
Keçən mövsümdə İsveçrə milli komandasının üzvü "Bolonya"da 41 oyunda iştirak edərək 9 qol vurub və 6 məhsuldar ötürmə edib. Həmçinin, o, İsveçrə milli komandasının 22 oyununda da çıxış edib.
Yeni klubu "Nottingem Forest" ötən mövsümdə İngiltərə Premyer Liqasında 7-ci yeri tutub.