AZ

Su böhranı böyüyür: Prezidentdən AÇIQLAMA

İran Prezidenti Məsud Pezeşkian ölkədə su ehtiyatlarının azaldığını və quraqlığa doğru irəliləndiyini bildirib.

"Cebheinfo.az" İRNA agentliyinə istinadən xəbər verir ki, Pezeşkian Zəncan əyalətində keçirilən İl Planlaşdırma Şurasının iclasında çıxışı zamanı qarşıdakı günlərdə ölkədə yaşana biləcək su böhranına diqqət çəkib.

"Su böhranı bu gün cəmiyyətin ciddi problemlərindən biridir və bütün göstəricilər su ehtiyatlarının azaldığını, eniş meyili göstərdiyini və quraqlığa doğru irəlilədiyimizi göstərir", - deyə Pezeşkian əlavə edib.

Su sərfiyyatının nəzarət altına alınmaması halında ölkənin bir çox şəhərində su problemi yaşanacağını deyən Pezeşkian bildirib ki, əgər su istehlakını nəzarət edib idarə etməsək, sentyabr və oktyabr aylarında su anbarlarında su qalmayacaq, Tehranda su olmayacaq və ciddi problemlərlə üzləşəcəyik.

Seçilən
13
cebheinfo.az

1Mənbələr