AZ

Litvanın baş naziri istefa verib

Litvanın Baş naziri Qintautas Palutskas Prezident Qitanas Nausedanı istefaya getdiyi barədə məlumatlandırıb.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə prezident jurnalistlərə müsahibəsində məlumat verib.

"Qintautas Palutskas mənə zəng etdi və istefa verdiyini dedi", - deyə o bildirib.

Prezidentin sözlərinə görə, o öz tərəfindən, baş nazirin bu qərarını müsbət qarşılayıb.

KİV-in müəyyən etdiyi kimi, baş nazir postunun başına keçməzdən əvvəl Palutskas aparıcı səhmdarı olduğu şirkət üçün bankdan növbədənkənar olaraq kredit götürüb. Hələ 2012-ci ildə paytaxt bələdiyyəsi administrasiyasının direktoru işləyərkən o, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə - kommunal müqavilə üzrə proteksiyanın təmin etdiyinə görə məhkəmə qarşısına çıxarılıb. Qintautas Palutskas iki il şərti cəza alıb və dəymiş ziyanın qarşılığı olaraq 16.5 min avro məbləğində ödəniş etməyə məhkum olunub. Ödəniş bir il ərzində edilməli idi, lakin baş nazir son ödənişlərini ancaq bu ilin iyul ayında edib.

Təxminən 10 il əvvəl o, dövlət mülkiyyətində olan meşə ərazisində torpaq sahəsinin qeydiyyata alınmasına nail olub və orada tikinti aparmağı planlaşdırıb. Bunun qarşısı prokurorluq tərəfindən alınıb, torpaq isə dövlətə qaytarılıb. Baş nazirin köməyi ilə şirkət üçün Avropa qrantını onun yaxınları alıblar.

Seçilən
24
moderator.az

1Mənbələr