İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Qurbanov Faiq Qurban oğlu çayda çimmək istəyərkən qəfildən suda batıb.
Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.
"Cebheinfo.az"