AZ

Çin istehsalı olan 4 markanın Rusiyada satışları qadağan edildi

“Rosstandart” Çin istehsalı olan 4 yük avtomobilinin Rusiyada satışını qadağan edib. 

Avtosfer.az xəbər verir ki, söhbət “Dongfeng”, “Foton”, “Faw”, “Sitrak”, həmçinin onların bazasında hazırlanan modellərdən gedir.

“Rosstandart” bildirir ki, yoxlama zamanı bu modellərdə sürücü və digərlərinin həyatına təhlükə yaradan nasazlıqlar aşkar edilib. Söhbət əsasən tormoz sisteminin yerli şəraitə uiyğun olamamsı, səs səviyyəsinin yüksək olması və qəza çağırış sisteminin quraşdırılmamasından gedir. 

Dilerlər arasında dolaşan söz-söhbətə görə isə, real səbəb başqadır. İddia olunur ki, sözügedən modellər yerli istehsal olan yük maşınları üçün çox çətin rəqibdir. Rəqabət qabiliyyətli məhsul istehsal edə bilməyən yerli müəssisələr onlarla yalnız inzibati yolla mübarizə apara bilir.

Vüqar

Seçilən
43
avtosfer.az

1Mənbələr