Myanmada hərbi hökumət ilin sonunda keçirilməsi planlaşdırılan ümumi seçkilər ərəfəsində 4,5 il davam edən fövqəladə vəziyyəti ləğv edib.
Bakues.az xarici mətbuata istinadla xəbər verir ki, bu qərar Milli Müdafiə və Təhlükəsizlik Şurasının general Min Aunq Hlainqin rəhbərliyi ilə keçirilən iclasından sonra elan olunub.
Hökumət sözçüsü Zav Min Tun ölkənin demokratik sistemə keçməsinin vacibliyini vurğulayıb. O bildirib ki, fövqəladə vəziyyətin ləğvi çoxpartiyalı seçkilərin keçirilməsi üçün atılan addımdır.
Qeyd edək ki, seçkilərin dekabr ayında baş tutacağı gözlənilir.