AZ

DTX-nin Azərbaycanda saxladığı Fransa şirkətinin vitse-prezidenti Anass Derraz məhkəmədə ifadə verib

Bakı. Trend:

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittihamolunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazınbarəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmışcinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbərverir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim FəridNamazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsifadə verib.

O, Azərbaycana işgüzar səfərə gəldiyini bildirib:

"Azərbaycanın su infrastrukturuna yatırım etməyə gəlmişdim.Ölkəyə gəlməyimin ikinci günündə DTX-nin inzibati binasında ifadəverdim. Mən passiv korrupsiya və cinayət yolu ilə əldə olunmuşəmlakı leqallaşdırmada iştirakda günahlandırılıram. Baş vermişhadisə ilə bağlı deyə bilərəm ki, 2022-ci ilin oktyabr ayındaFərhad Əhmədovun ofisi tərəfindən mənə müraciət olunub. Onunyoldaşından boşanması ilə əlaqədar London Məhkəməsi tərəfindənəmlaklarının dondurulmasına qərar verilmişdi. Ona görə FərhadƏhmədov 500 milyon dəyərində yaxtasının illik xərcinin 16 milyondollardan hesablanması ilə bağlı və digər hüquqi məsələləri həlletmək üçün mənə müraciət edib.

Mənim konsultant olaraq fəaliyyətimi eşidib mənimlə əlaqəyəkeçib. Həmin dövrdə mən "Viola" şirkəti ilə bir neçə milyardlıqlayihələri idarə edirdim. Hamı məni çox çətin məsələləri düzgünşəkildə idarə edə bilmə bacarığıma görə tanıyırdı. Fərhad Əhmədovlamüqavilələr imzalaşmışdıq, mən onlara hüquqi müstəvidə yardımedəcəkdim. Fərhad Əhmədov mənə işlərini görməyim üçün etibarnamə dətəqdim etmişdi. Xahiş edirəm onu iş materiallarına da əlavəedəsiniz".

Məhkəmədə həmin sənədin iş materiallarına əlavə olunduğubildirilib.

A.Derraz ifadəsinin davamında bildirib ki, həmin etibarnaməyəəsasən F.Əhmədovun "Luna" adlı yaxtası ilə bağlı məsələlərdəstrateji məsləhətçisi olub:

"Mən strateji məsləhətçi və komandaya liderlik göstərərək,F.Əhmədov adından yaxta ilə bağlı prosedurları həyata keçirmişəm.Vəzifəm hüquqi prosedurlara nəzarət idi".

A.Derraz onu da deyib ki, ittihamlara tək-tək cavab verməkistəyir:

“Öncədən qeyd etdiyim avansın məbləği 200 min dollar idi. Əgərdondurmanı aradan qaldırmağı bacarsaydım, o mənə 2 milyon dollarödəməli idi. Bu rəqəmi 500 milyon dollarlıq aktivlə müqayisəedirdik. Tez bir zamanda problemi aradan qaldırmağa çalışırdıq.Çünki texniki səbəblərə görə, yaxtanın dəyəri hər gün düşürdü.Müqavilə imzalanarkən Benalla isə həmin vaxt artıq FransaPrezidenti Makronun administrasiyasından qovulmuşdu və FransadaBenalla haqda araşdırma aparılırdı.

Mənə Benalla haqda Fərhad Əhmədov bildirmişdi ki, yoldaşı iləbağlı məsələlərə Benalla dəstək olub və işində professionaldı,Dubayda da yaxşı əlaqələri var. F.Əhmədov da bunu ifadəsindəgöstərib. Mən də sadəcə, Fərhad Əhmədovla çalışmış, onlara yardımetmişəm, məlumat vermişəm".

İş materiallarına əlavə olunmuş sənədlərin ingilis dilindəntərcümə olunması üçün proses təxirə salınıb.

Növbəti proses sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılancinayət işi üzrə Fransa Prezidentinin Mühafizə Xidmətinin sabiqrəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan“SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildəAzərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinəqarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdardarüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmişməqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdanrüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli“Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özününsanksiyalardan qorunacağını vəd ediblər.

Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin birhissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və AleksandrBenallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabınaköçürüb.

Məlum olmayan formada istintaqın əlinə keçən A.DerrazAzərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağaqoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlıİNTERPOL-a müraciət olunub.

Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yoluilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə)və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdardatörədildikdə) maddələri ilə ittiham elan olunub.

Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Seçilən
5
16
az.trend.az

10Mənbələr