AZ

ABŞ Baltikaynı ölkələrə təhülkəsizlik zəmanəti verməyib | VİDEO

AzVision.az xəbər verir ki, Estoniyanın Müdafiə naziri Hanno Pevkurun “Bloomberg” agentliyinə dediyinə görə, Amerikanın Avropadakı hərbi mövcudluğunu azaltmaq üçün istənilən qərar NATO ilə əvvəlcədən razılaşdırılacaq.

“Avropa ölkələri üçün hər hansı bir qərarın birdən-birə qəbul edilməyəcəyinə dair zəmanət verildi. Bu məsələ əvəvlcədən müzakirə mövzusu olacaq”,- Hanno Pevkur bildirib.

Estoniyanın Müdafiə naziri vurğulayıb ki, o, Latviya və Litvadan olan həmkarları ilə birlikdə Amerika tərəfinin diqqətini Moskvanın potensial təcavüzünün qarşısını almaq üçün alyansın şərq sərhədlərində aktiv hərbi mövcudluğun kritik əhəmiyyətinə cəlb edib.

Bununla belə, Pentaqonun rəhbəri Pit Heqset Baltikyanı bölgədə ABŞ-nin hərbi iştirakınısaxlaması barədə heç bir konkret öhdəlik götürməyib.

- Heqset heç bir proqnoz vermək istəmədiyini söylədi. Bu, başa düşüləndir, çünki onlar payızda qüvvələr balansını təhlil edəcəklər”,- estoniyalı nazir bildirb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr