AZ

Tramp Rusiyaya təzyiq etmək qərarına gəlib

ABŞ prezidenti Donald Tramp Rusiya üçün ultimatum müddətini 50 gündən 10 günə endirmək qərarına gəlib.

NOCOMMENT.az bildirir ki, bu barədə mənbələrə istinadən CNN telekanalı məlumat yayıb.

“Tramp şəxsən [Rusiya] prezidenti Vladimir Putinə qarşı təzyiqi artırmaq qərarına gəlib ki, onun təyin etdiyi 50 günlük müddət istənilən nəticəni vermədi”, – telekanal Ağ Evin anonim rəsmisinə istinadən bildirib.

Mənbələr həmçinin bildiriblər ki, Amerika lideri ultimatum müddətinin qısaldılmasını “yaxşı danışıqlar taktikası” hesab edir.

İyulun 28-də Tramp Rusiyanın Ukrayna ilə bağlı razılığa gəlməsi üçün müddəti 10-12 günə endirmişdi. O, səxavətli olmaq istədiyi üçün əvvəlki müddətin 50 gün olduğunu, lakin administrasiyasının bu məsələdə irəliləyiş görmədiyini qeyd edib.

Seçilən
0
nocomment.az

1Mənbələr