Azərbaycan güləşçiləri bu il keçirilən Avropa çempionatlarında yüksək nəticələrə imza atıblar.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, onlar müxtəlif yaş qrupları üzrə qitə çempionatlarında ümumilikdə 73 medal qazanıblar.
Həmin yarışlarda 22 dəfə Azərbaycan Himni səsləndirilib. 21 güləşçimiz gümüş, 30-u isə bürünc mükafata sahib çıxıb.
Sərbəst güləşçilər Avropa çempionatlarında 8 qızıl, 12 gümüş və 13 bürünc medal qazanıblar. Yunan-Roma güləşində təmsilçilərimiz 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, 8 dəfə ikinci, 11 dəfə isə üçüncü yerlə kifayətləniblər. Qadın güləşçilər 4 qızıl, 1 gümüş və 5 bürünc medalla yadda qalıblar. Çimərlik güləşində isə 2 qızıl və 1 bürünc mükafat əldə olunub.