AZ

Tulin Ələkbərovanın cəzalandırıldığı hadisənin TƏFƏRRÜATI

Kikboksçu qadın Tulin Ələkbərovanın Bakıda restoranda qadını döyməsinin təfərrüatı məlum olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən restoranlardan birində baş verib.

Hadisə isə belə baş verib. Tulin Ələkbərova rəfiqəsi Sevda ilə evlərində olarkən keçmiş sevgilisi ona zəng vurub və görüşmək istədiyini bildirib. Keçmiş sevgilisi Tulinə bildirib ki, dostu ilə birlikdədir və onunla görüşmək istəyir. Tulin rəfiqəsi Sevda ilə danışıb və o da görüşə razı olub. Bundan sonra sevgilisi dostu ilə gəlib, Tulin və Sevdanı evdən götürüb restorana aparıb. Onlar restoranda əyləşib spirtli içki olan viski sifariş veriblər.

Tulin bir az içdikdən sonra özünü pis hiss edib və Sevdadan onu ayaqyoluna aparmasını xahiş edib. Sevda da onunla birlikdə ayaqyoluna gedib. Bundan sonra Kəmalə adlı xanım da ayaqyoluna girmək istəyib, ancaq Sevda buna icazə verməyib. Nəticədə Sevda ilə Kəmalə arasında mübahisə yaranır və səsə Kəmalə ilə birlikdə restoranda içki qəbul edən bacısı Nuranə gəlib. Qadınlar arasında mübahisə yaranarkən Tulin ayaqyolundan çıxıb iki qadının onun rəfiqəsi Sevdaya təzyiq etdiklərini görüb. Mübahisənin səbəbini soruşanda Kəmalə sərxoş vəziyyətdə olduğu üçün Tulini və onun anasını söyüb. Nəticədə Tulin Ələkbərova Kəmalənin sifətindən yumruqla vurub. Kəmalənin zərbənin təsirindən yerə yıxıldığını görən Tulin onunqarın və bədəninin digər hissələrinə təpik zərbələri endirib.

 Davanın böyüdüyünü görən Kəmalənin bacısı "102" xidmətinə zəng vuraraq bacısının restoranda döyüldüyünü bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib və faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Ələkbərovaya 6 ay azadlığın məhdudlaşıdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq olunub.

Seçilən
26
avtosfer.az

1Mənbələr