İsmayıllıda 26 yaşlı şəxs çayda batıb.
Sitat.info xəbər verir ki, hadisə Göyçay çayının rayonun Gideyli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki 1999-cu il təvəllüdlü rayonun Qalacıq kənd sakini Faiq Qurban oğlu Qurbanov çayda çimmək istəyərkən qəfildən suda batıb.
Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, axtarışlar davam edir.