AZ

Yekaterinburqda saxlanılan azərbaycanlıların şikayətləri ilə bağlı qərar açıqlandı

Yekaterinburqda (Rusiya) baş vermiş keçmiş illərin qətllərində ittiham olunan Əhliman Səttar oğlu Gənciyev və Bəkir Mehdi Səfərov həbsdə qalacaqlar.

Sitat.info xəbər verir ki, bu barədə Sverdlovsk Vilayət Məhkəmələrinin Birgə Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, daha əvvəl Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi hər iki şəxsin 19 oktyabr 2025-ci ilədək həbsdə saxlanılması barədə qərar vermişdi. Onların vəkilləri bu qərardan apellyasiya şikayəti versələr də, Sverdlovsk Vilayət Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb, şikayəti isə təmin etməyib.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti, İstintaq Komitəsi və "Rosqvardiya" Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib, 10-dan çox şəxsi saxlayıblar. Saxlanılan şəxslər "Rosqvardiya"nın idarəsinə aparılaraq onlara işgəncə verilib. Nəticədə, iki Azərbaycan vətəndaşı - Ziyəddin Səfərov və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər yaralanıb.

Seçilən
6
4
sitat.info

5Mənbələr