“Rusiya Ukraynada münaqişə başa çatdıqdan sonra Cənubi Qafqaza diqqətini artıra biləcək”.
Referans xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Neyjmakov deyib.
Ekspert Ermənistan daxilindəki siyasi prosesləri belə şərh edib:
“Müxalifətin gələn il Ermənistanda keçiriləcək seçkilərdə qələbəsi Moskva ilə qarşılıqlı əlaqələrin artmasına səbəb ola bilər. Əgər seçkilərdən sonra Paşinyanın yeni hökuməti formalaşsa, amma parlamentdə indikindən daha az yer alsa, o zaman xarici siyasət təşəbbüslərini sürətlə həyata keçirmək şansları azala bilər. Paşinyanın partiyası parlament seçkilərində mümkün qədər uğurla çıxış edə bilsə və yeni parlamentdə mütləq çoxluğu qoruyub saxlaya bilsə, o zaman ölkənin Qərblə yaxınlaşma və Rusiyadan uzaqlaşma tempi sürətlənəcək, aktiv bir keçid baş verəcək”.
M.Neyjmakov qeyd edib ki, Ukraynada müharibənin bitməsi məsələsi də Rusiyanın Cənubi Qafqaza diqqətini artırması üçün önəmlidir:
“Rusiya-Ukrayna münaqişəsinin sona çatması ssenarisi də önəmli olacaq. Əsas odur ki, Moskva bundan sonra onun üçün vacib olan digər sahələrdə, o cümlədən Cənubi Qafqazda işləmək üçün lazımi qədər resurs ayıra biləcək. Həmçinin Avropa İttifaqının regionla işləmək üçün hansı imkanları yönəltməyə hazır olacağı bəlli deyil”.
Daha ətraflı videoda: