Ermənistan mətbuatında yayılan məlumata görə Ermənistan Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə gedə bilər.
Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, bu, Ermənistanın və siyasi rəhbərliyinin qərarıdır.
"Burada qeyri-adi, fövqəladə bir şey yoxdur, növbədənkənar seçkilərdir. Vəziyyət necə ola bilər? Bu isə Paşinyanın Rusiya və Qərblə münasibətlərindən aslıdır. Ermənistanda bu gün Paşinyan tərəfdarı olan qüvvələr, əsl Ermənistan vətəndaşları olanlardır. Paşinyana qarşı olan qüvvələr Qarabağ klanının rəhbərlik və idarə etdiyi müəyyən qruplaşmalardır. Bu qüvvələrdən hansı üstünlük təşkil eləsə və Paşinyanın həm Qərbdən, həm Rusiyadan müəyyən qədər dəstəyi olsa, təbii ki, Paşinyan, onun tərəfdarları qalib gələ bilərlər. Əks təqdirdə, parlamentdə Paşinyan tərəfdarları çoxluq təşkil eləyə bilməyəcəklər və Ermənistanda yəqin ki, ondan sonra hakimiyyət dəyişikliyi olacaqdır", - deyə millət vəkili vurğuladı.
Aytəkin TOFİQQIZI