AZ

NBA ulduzu və İsrail kriminal şəbəkəsinin lideri həbs edildi: Görün nə qurublar

Üç dəfə “All-Star” oyunlarının iştirakçısı, NBA-nın keçmiş ulduzu Qilber Arenas qeyri-qanuni yüksək stavkalı poker oyunları keçirmək ittihamı ilə həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbənin məlumatına görə, 43 yaşlı basketbolçu Kaliforniya ştatının Encino şəhərindəki malikanəsində poker oyunları keçirib.

Arenas rəsmi olaraq qanunsuz qumar biznesi ilə məşğul olmaq üçün sui-qəsddə, qanunsuz qumar biznesi aparmaqda və federal müstəntiqlərə yalan ifadə verməkdə ittiham olunur.

Qilbert dünən, iyulun 30-da Los-Anceles şəhərinin mərkəzindəki ABŞ Dairə Məhkəməsində çıxış edib və ittihamlar üzrə özünü təqsirli bilməyib, 50 min dollar girov müqabilində sərbəst buraxılıb. Onun məhkəməsi sentyabrın 23-nə təyin edilib.

İsrailin mütəşəkkil cinayətkar qruplaşmasının liderlərindən hesab edilən Yevgeni “Jora” Qerşman və digər dörd şərik də qanunsuz fəaliyyətlə əlaqədar ittiham olunaraq həbs ediliblər.

Seçilən
4
publika.az

1Mənbələr