AZ

Nyu-Yorkda təhlükəli infeksiya epidemiyası baş verib

Nyu-Yorkda

Nyu-Yorkda son bir həftə ərzində “Legionerlər xəstəliyinə" yoluxma hallarının sayı 22 nəfərə çatıb, onlardan biri ölümlə nəticələnib.

Xalqcebhesi.az xəbər verir ki,bu barədə şəhərin Səhiyyə İdarəsi məlumat yayıb.

"Nyu-York şəhərinin Səhiyyə Departamenti bu gün Mərkəzi Harlemdə və ətraf ərazilərdə Legioner Xəstəliyi epidemiyasının təhqiqatı ilə bağlı yeni məlumat təqdim edib. 25 iyul 2025-ci ildən etibarən 22 nəfərdə Legioner Xəstəliyi diaqnozu qoyulub", - idarənin açıqlamasında deyilib.

Şəhər sakinləri və işçiləri öskürək, qızdırma, əzələ ağrısı və ya tənəffüs çətinliyi kimi qripə bənzər simptomlarla qarşılaşdıqda dərhal tibbi yardım axtarmağa çağırır.

Məryəm Quliyeva

Seçilən
14
xalqcebhesi.az

1Mənbələr